www.aliildirimoglu.az

OÇERKLƏR

HƏDİQƏ

Kənd həkim məntəqəsində iş vaxtının qurtarmasına az qalırdı. Tibb bacısı Hədiqə Əliyeva əynindəki ütülü ağ xalatını çıxarıb evə getməyə hazırlaşırdı. Bu vaxt telefon zənginin ahəngdar səsi eşidildi. Hədiqə dəstəyi qaldırdı:

- Sizi eşidirəm.

- Danışan kolxoz sədridir.

- Buyurun.

- Hədiqə bacı, zəhmət çəkib bizim idarəyə gələ bilərsinizmi?

- Nə zəhməti var, gələrəm.

Kabinetin qapısı açıldı. Hədiqə icazə alıb, içəri da­xil oldu. Sədr stolundan qalxıb onu ehtiramla qar­şıladı və oturmaq üçün yer göstərdi, sonra əlavə etdi:

- Hədiqə bacı, sizi bura bir məsələyə görə dəvət et-mişik. Kolxozumuzun vəziyyəti sizin özünüzə də yaxşı bəllidir.

dr sözünün ardını deməyə çətinlik çəkirmiş kimi duruxdu, fikrə daldı və tutqun nəzərlərini Hədiqəyə deyil, məchul bir nöqtəyə yönəltdi:

- Kəndimizdəki kişilərin hamısı cəbhədədir. Qoca­lar da ki, o qədər kara gəlmir. Zəmilərimiz vağamlayır, pambıq tarlaları əldən gedir, ağır məqamdır, qızım, yaman günün ömrü az olar. Belə bir qərara gəlmişik ki, briqadaların birinə sahib durub başçılıq edəsiniz.

Cəbhə sözü yenə də Hədiqəyə ay yarım bundan qabaq əri Abbasın müharibədə həlak olması barədə aldığı qara kağızı, hələ yaşı tamam olmayan yeganə qızı Elmiranı xatırlatdı. O, yan tərəfə çevrilib cib dəsmalını çıxartdı və yanaqlarında muncuqlanan göz yaşlarını sildi, sonra özünü ələ alıb, qəddini şax tutdu:

- Yoldaş sədr, - dedi. - İdarə heyəti, ilk partiya təş­kilatı xalq yolunda, Vətən yolunda məni hara məsləhət görsə, canla-başla hazıram. Ancaq özünüz bilirsiniz ki, təsərrüfat işinə o qədər bələdçiliyim yoxdur. Elə bilməyin ki, dediyinizdən boyun qaçırıram. Əsla yox. Qorxuram, göndərdiyiniz işi yarıda bilmə­yim, başım aşağı ola.

İlk partiya təşkilatının katibi söhbətə qarışıb ona ürək-dirək verdi:

- Hədiqə bacı, - dedi. - İş bacarığı heç kəsdə ana-dangəlmə olmur. Həyatda qazanılır. İlk çətinliklərinizin olacağını biz özümüz də təsəvvür edirik. An­caq kolxozumuzun aqronomu Məmməd qayğıkeş, işgüzar yoldaşdır. Briqadanıza hər çür kömək edəcək-dir. Biz özümüz də qoymarıq ki, çətinlik çəkəsiniz, ondan arxayın olun.

Hədiqə o gündən etibarən daha ağ xalat geymədi. O, ayağında uzunboğaz çəkmə, köhlən atın belində pambıq tarlalarında, taxıl zəmilərində, üzüm bağlarında göründü. Başçılıq etdiyi briqadada möhkəm inti­zam yaratmaq, hər bir təsərrüfat işini öz vədəsində gör­mək, aqrotexniki tədbirlərə düzgün əməl edilmə-sinə nail olmaq üçün təcrübəli kolxozçularla, sədrlə, aqronomla, ilk partiya təşkilatının katibi ilə tez-tez məsləhətləşdi. Necə deyərlər, gördüyünü götürdü, öyrəndiyini tətbiq etdi.

Aylar, illər keçdikcə Hədiqənin təcrübəsi zənginləşdi. O, səriştəli bir təsərrüfatçı kimi təə üzv olduğu Orconikidze adına kolxozda deyil, bütün Ağdamda ad-san çıxardı. Hədiqənin başçılıq etdiyi briqadanın işi hamıya nümunə oldu. Elə bir il olmadı ki, bu briqadada pambıq, taxıl, üzüm istehsalına və dövlətə satışına dair müəyyən olunmuş tapşırıqlar, qəbul edilmiş öhdəliklər ikiqat, üçqat artıqlamasilə yerinə yetirilməsin.

Kolxozda bütün briqadalar qabaqcıldır? Xeyr, üç nömrəli briqadada hər hektardan götürülən pambıq qonşu briqadalara nisbətən on sentner aşağıdır, həm də istehsal olunan məhsulun maya dəyəri çox yüksəkdir. Əldə edilən gəlir heç çəkilən xərci ödəmir. Səbəbi nədir? İlk partiya təşkilatı da elə bu məsələni müzakirə edirdi. Bu gerilik müxtəlif səbəblərlə izah olunurdu, torpaq münbit deyil, su çatışmır, işçi qüvvəsi azdır...

Göstərilən yersiz bəhanələr Hədiqəni açmadı. O, icazə alıb ayağa qalxanda ilk sözü bu oldu:

- Əgər partiya təşkilatı məsləhət görsə, üç nömrəli briqadaya keçərəm və sübut edərəm...

- Guya bu, düzəldəcək, - deyə kim isə yerindən dilləndi.

Bəli, Hədiqənin fikri əvvəlcə bəziləri tərəfindən istehza ilə qarşılandı. Kommunist qadının qələbə əzmi, əmək səyi isə bu ümidsiz fikirləri alt-üst etdi. O, yeni başçılıq etdiyi briqadanın əkin sahələrini əvvəlcə nəzərdən keçirdi. Şoranlaşmış və ya gücdən düşmüş yerləri müəyyənləşdirib burada torpağın münbitliyini artırmaq üçün aqrotexniki tədbirlər görməyə başladı. Bütün sahələrin kənarları, bucaqları, yol və arxların yanları dərindən şumlandı, müvəqqəti arxlar, təpəciklər, çala-çuxurlar hamarlandı. Ancaq o, bu işləri heç də təkbaşına, düşünülməmiş deyil, kolxoz başçılarının razılığı, aqronomların, suvarma sistemləri işçilərinin xüsusi layihələri əsasında gördü. Torpağı meliorasiya cəhətdən yaxşılaşdırmaq, pambıq qurdunun qışladığı yerləri məhv etmək, normal cücərti almaq üçün yanvarın əvvəllərində geniş qış aratı keçirildi. Əkin və becərmə işlərinin vaxtı çatanda Məzahir Məmmə­dovun, Əlyar Allahverdiyevin, Calal İsmayılovun, Gülmalı Nərimanovun güclü traktorları işə düşdü. Qozalar ağzını açanda, tarlalar ağ dona bürünəndə Hədiqənin pambıq yığan əllərini görmək olmurdu. Gündə yüz-iki yüz kiloqram. Geridə qalan üç nömrəli briqadanın vətən qarşısında verdiyi ilk raport bütün Ağdama səs saldı. Həmişə məzəmmət edilən briqa­da­nın kollektivinə bu dəfə hamı sağ ol dedi.

min il Ağdamda havaların pambıqçılıq üçün əlverişsiz keçdiyi kimə məlum deyil?! Mayın axırlarında yağan şiddətli dolu briqadanın altmış hektar sahəsinin yarısında bitkiləri məhv etdi. Ancaq təbiətin bu kortəbii qüvvəsi tarla qızını heç də sarsıtmadı. O, briqada üzvlərinin qabağına düşüb kommunist hünəri ilə işə girişdi. Dolu düşən sahələr bərpa olundu. Bitkilərin becərilməsinə xüsusi qayğı göstərildi. Briqadanın göstərdiyi birgə səy qarşıya çıxan çətinliyi tezliklə aradan qaldırdı. Nəticə fərəhləndirici oldu.

Beşilliyin ilk ili. Hədiqə ilə söhbət edib onun briqadasının işi ilə maraqlandıq. Hədiqə çəkinəəkinə:

- Düzü, deməyə dilim gəlmir. Əvvəlki illərə nisbətən bu ilki işimiz o qədər də xoşagələn deyil, hektardan otuz sentner götürmüşük. İlin üzü qara olsun, axı, otuz sentner nədir ki? Bunu özümüzəyaraşdırmırıq. Gərək azı qırx sentner verəydik. Sağlıq olsun, gələn il əvəzini çıxarıq.

Hər hektardan otuz sentner məgər azdır? Xeyr. Bu, yüksək məhsuldur. Elə götürək qonşu briqadanı. Bəylər Şükürov on sentner, Əmənullah Tağıyev iyirmi sentner, Abbas Abbasov iyirmi beş sentner. Onların başçılıq etdikləri briqadaların hər hektardan götür­düyü məhsul, bax, bu qədərdir. Ancaq Hədiqə geridə qalanlara baxıb heç də özünə təsəlli vermir. Əlbəttə, onun özü demişkən:

- Kommunistə geridə qalanlara baxıb təsəlli tapmaq yaraşmaz, onun qəlbi həmişə qabaqcıllara çatmaq eşqi ilə döyünməlidir.

Hədiqə bax, bu cür düşünür. Qazandığı nəticə fərəh­ləndirici olsa da, əsla bununla kifayətlənmir. İşgü­zar kommunist daha yüksək nailiyyətlər əldə et­mək üçün başqa yollar arayıb axtarır...

Otuz il briqadir. Onun daim ürəyinin başında gəzdirdiyi partiya bileti, sinəsini bəzəyən Sosialist Əməyi Qəhrəmanı nişanı, iki Lenin ordeni, bir Qırmızı Əmək Bayrağı ordeni. Ağ xalatını əynindən atıb yaşıl meydana çıxdığı otuzillik əməyinin bəhrələri. Ömür salnaməsinin qızıl səhifələri...

Hədiqənin yaşı yarım əsri ötmüşdür. Ancaq onun başçılıq etdiyi briqada komsomolçu-gənclər briqadası adlanır. Nəyə görə? Kolxoz ilk partiya təşkilatının katibi Əli Əlyarov bunu belə izah edir:

- Tarlalarımıza yeni-yeni gənc pambıqçılar gəlir. Çalışırıq ki, onlar da Hədiqənin ardıcılları olsunlar. Buna görə də gənc pambıqçılarımızı "Hədiqənin məktəbinə" cəlb etmişik.

Hədiqə əməkdə kommunist şüurluluğu nümunələri göstərməklə bərabər başçılıq etdiyi komsomolçu-gənclər briqadasında yeni Hədiqələr, Şamamalar, Sərdarlar, Qızqayıtlar, Məleykələr yetişdirməyəçalı­şır. Hədiqə öz yetirmələri olan gənc pambıqçılardan Göygöz Cabbarova, Şəhla Abdullayeva, Firuzə Nağıyeva, Sevil Cabbarova haqqında fəxrlə danışır:

- Bu qızlar mənim layiqli ardıcıllarım olacaq və ağır müharibə illərinin od-alovu içərisindən gətirdiyim qəhrəmanlıq estafetini qədim Qarabağın aydın sə­masına qaldıracaq və yeni-yeni zirvələrəyüksəldəcəklər...

 

24 noyabr 1966-cı il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com