www.aliildirimoglu.az

OÇERKLƏR

GÜNƏŞ NUR SAÇANDA

Həmyə camaatının adəti belədir. Biri uğur tapanda və ya ev tikdirəndə, oğul evləndi­rəndə, qız köçürəndə böyüklü-kiçikli hamı ona sevinir, gözaydınlığı verir, şənlik edir. ndin adamları bir-birinə əl tutur, can deyib-can eşidir, xoşbəxtlik diləyir. Həmidullanın da şad günüydü. Gəlib-gedəni çoxal­mışdı. Briqadası rayonda birinci olaraq üzüm planını ye­­rinə yetirməsi münasibətilə neçə-neçə təbrik teleq­ram­ları almışdı. Əmək qabaqcılı kimi şəkli qəzetlərə düşmüş-dü. Şərəfinə "Əmək şöhrəti" bayrağı qaldırıl­mışdı. Təkcə bu? Xeyr! Həmidullaya başqa bir xoş­bəxt­­lik də üz vermişdi. Ondördüncü övladı olmuşdu. Doqquz oğlu vardı, dörd qızı. Ona görə qız arzu­la­yırdı. Amma oğlu oldu. On qardaş, dörd bacı. Həmi­dulla naşükür adam deyil. Aza da qane olandı, çoxa da. Söz düşəndə: - Oğul da, qız da qismətdi - deyir. - Təki ayağı sayalı olsun. İşdən qayıdan, işə gedən, yaxın-uzaq dost-qohum Həmidullanın həyətinə dönür, açdığı halal süfrəsinin başında əyləşir, bir stəkan çayını içib, bir tikə çörəyini kəsib, onun sevincinəşərik olurdular. Həm yarış qalibi, həm də xoşbəxt ata kimi.

ndin ağsaqqallarından bircə nəfər görünmürdü. Sovxozun direktoru Möhüb kişi. Uşaqdan böyüyə hamı onu təsərrüfat rəhbərindən çox, el ağsaqqalı, əmək və müharibə veteranı kimi sayıb, hörmətini gətirir. Möhüb kişi də ki, heç kəsin xeyir-şərindən qalan deyil. Müharibədən qayıdandan bu günə kimi qırx ildən çoxdur ki, suçu, əkinçi, briqadir, sovxoz direktoru işləyib. Neçə-neçəorden, medallar alıb. Rayonun da deputatıdır. Dəfələrlə məsələ qaldırıb ki, yetmişi haqlamışam, daha bəsdir, artıq pensiya vaxtımdır… Həm-yəlilər buraxmayıb. Möhüb kişinin bu sözündən inciyib-küsənlər də olub. Onu da deyənlər olub ki, kəndin işi təkcə direktorluqla aşmır, gərək… Bəli, gərək ağsaqqal, ata, oğul, qonşu olmaq borcunu da dərindən dərk edib, el arasında onu yerinə yetirməyi bacarasan. Əzəl xasiyyətinlə sayılasan, sonra vəzifənlə.

ndin xeyir-şərindən qalmayan Möhüb kişinin bu gün belə bir şənlikdə görünməməsi çoxuna təəccüblü gəlirdi. Lakin Həmidulla işin nə yerdə olduğundan hali idi. Direktor ona sifariş göndərib, üzrxahlığını bildirmişdi…

Axşam çağı idi. Xəzərin xəfif mehi ağacların budağını ehtiyatla tərpədib, ətrafa xoş sərinlik yayırdı. Bağ-bağçanın dövrəyə aldığı yaraşıqlı evlərin pəncərə və aynabəndlərindən süzülən işıqlar qatılaşmaqda olan qaranlığı Həmyədən uzaqlaşdırırdı. Gətirdiyi mey-vələrin ağırlığına tablaşmayan alma, armud, heyva, nar ağaclarının yaşıl, sarı, qırmızı çalarları, həyət çardaqlarından asılan ağlı-qaralı salxımlar çil-çıraqların qızılı şəfəqləri altında bərq vururdu. Getdikcə səs-küy azalırdı. Kənd gecənin sakitliyində şirin yuxuya dalırdı. Həmidulla ona üz vermiş xoşbəxtliyin sevindirici təsiri altında hələ də həyəcanlı görünürdü. Lakin bu sevincdə nə isə çətin hiss olunan incə bir nigarançılıq, narazılıq da vardı.

Şam süfrəsi yığışdırılmışdı. Ortalıqda iki stəkan çay buğlanırdı. Həmidulla bu xoş məqamda ona baş çəkməyə gələn kiçik qardaşı Cabbarla qabaq-qəər əyləşmişdi. Onların söz-söhbəti sərin keçirdi. Böyük qardaş kiçiyinə hərdən yad, soyuq nəzər salırdı. Sanki doğma qardaşı ilə kəlmə də kəsmək istəmirdi. Cabbar sükuta daldı və sonra:

- Möhüb kişidən çıxmayan iş - dedi, - bayaqdan bəri ha baxıram gəlib-gedənlərin arasında gözümə dəymir…

Elə bil Həmidullanın yaralı yerinə toxundular. Bu sözdən əsəbiləşdi və təzəcə yandırdığı siqareti külqabına basıb barmağının ucu ilə əzdi. Sonra istehzalı baxışları ilə Cabbarı süzüb qımışdı və kinayə ilə:

- Zəndin düzdür, - dedi, - lap tükü-tükdən seçirsən. Şəhərdə olmaq adamın gözünü açır! Biz belə şeylərə o qədər də əhəmiyyət vermirik. Möhüb kişi böyük bir təsərrüfatın başçısıdır. Belə yerlərə gəlsə də özü bilər, gəlməsə də, hər şeydən ötrü, durum onnan umu-küsü saxlayım?! Həmidulla gülümsəyərək: - Deyilənlərə görə o da şəhərə getmək niyyətinə düşüb. Bəlkə elə ona görə…

Cabbar qardaşının atmacalarından bir şey anlamırdı. Həmidulla da sanki bayaqdan bəri deyib-gülən adam deyildi. Bir neçə saatın içində tamam başqalaşmışdı. Ayda-ildə bir dəfə görüşdüyü qardaşına qarşı ittihamedici görkəm almışdı. O, acı təbəssümlə:

- İndi bəzi adamlar başını birtəhər girləmək üçün rahat yer axtarır - dedi. - Yeniyetmələrimiz də ki, kəndi bəyənmək istəmirlər. Şəhərdən ötrü sinov gedirlər. Heç bilmirəm orda nə görüblər. Yəqin yel əsib, qoz tökülüb. Ayaqları bir balaca yer tutan kimi şəhərə qaçır-lar. Amma danışanda ağızdolusu - Kənd! Təmiz hava! Baba yurdu! İlk yuvam! - deyirlər.

Cabbar çaş qalmışdı. Birinci dəfə idi ki, qardaşından bu cür deyintili, acı sözlər eşidirdi. Ancaq ha fikirləşirdi, səbəbini araşdıra bilmirdi…

 

* * *

Dəvəçidə bir sovxoz var. Mavi Xəzərin sahilində. "Dənizkənarı" sovxoz adlanır. Həmyə kəndinin adamları neçə ildir ki, burada üzüm yetişdirir. Çoxusu da süfrə üçün. Yaxın-uzaq ellərə şirin-şirin sovqat göndərirlər. Süfrələri bəzəyən Həmyə şanısının sorağı dildən-dilə gəzir.

Üzümçülük sovxozun yeganə təsərrüfat sahəsidir. İldə üç min ton məhsulu, milyon yarım da gəliri olurdu. Rayonda da, kənddə də hamı elə fikirdəydi ki, bu, yüksək göstərici, axırıncı hədd, böyük nailiyyətdir. Möhüb Mədətov təsərrüfat başına gələndə necə deyərlər, sovxozun imkanlarını tərəzinin bir gözünə qoydu, gəlirini-çıxarını da bir gözünə. Gördü ki, yox, yerli-yersiz təriflər, kiçik nailiyyətlərə uymaq əhval-ruhiyyəsi sovxozu çox geri salıb. İmkan böyük, səmərə az. Qolunu çırmayıb, camaatı başına yığıb girişdi işə… Amma üzümlükləri bir hektar da artırmadı, əksinə xeyli azaltdı. O öz iş üsuluna uyğun olan başqa bir yol seçdi. Əkinçilərin torpağa qayğısını, adamların mədəni-məət şəraitinə diqqətini, briqadirlərin hörmət-izzətini, mütəxəssislərin dediyi sözün kəsərini, təsərrüfat başçılarına inamını, etibarı artırdı. Bir də əkinçiliyin mədəniyyətini. Sovxoz bu yolda uğurlar tapdı. Eyni zəmin üzərində üzüm istehsalı yeddi min tona, ümumi gəlir on milyona çatdı. Fəhlələrin aylıq əmək haqqı da həmçinin. Yetmiş idi, yüz səksən manat oldu.

Məsələ onda deyil. Respublika deputatlarının bu yaxınlarda keçirilmiş ali məclisinin iştirakçısı olan Möhüb Mədətov inişil üzüm plantasiyalarını gəzdikcə iyirmi ilə yaxın briqadirlik təcrübəsi və təsərrüfat işlərində yaxşı səriştəsi olan Həmidulla Eyvazovla sovxo-zun dərd-sərindən danışır, görüb-görəcəyi işləri məsləhətləşirdi. İrəlidəki təpənin üstünə çıxanda direktor ayaq saxlayıb aralıdakı örüşlərə diqqətlə nəzər saldı və: - Həmidulla, - dedi - danışan çoxdur, ancaq işin qulpundan yapışmağa gələndə… - O başını buladı və yenə də sözünə davam etdi: - Ərzaq elə təkcə üzümdən, mer-meyvədən ibarət deyil. Niyəbu sovxozda heyvandarlıq təsərrüfatı yaradılmasın?! Nəyimiz çatışmır?! Bax, bu bizim otaqlarımız. Yem bitkiləri də əkə bilərik. Suyumuz da boldur. Həmyəlilər də işlək camaatdır. Amma biz elə neçə ildir ki, təkcə üzümçülükdən yapış-mışıq. Düzdür, o da lazımdır. Ancaq yağın yarmaya nə ziyanı, üzüm də olsun, ət də olsun, süd də… - Briqadir onun sözünə qüvvət verdi: - Ağıllı fikirdir - dedi və bir qədər də həyəcanlandı: - Elə bizim bir nöqsanımız da odur ki, köhnə qaydalara aludə olmuşuq, yenilikləri görmürük.

Direktor çoxdan bu fikrə düşmüşdü. Kəndin gö­rüb-götürmüş adamları ilə ayrı-ayrılıqda söhbət edib, onların da rəyini bilmək istəyirdi. Düzdür: "Direktor da bu yaşında köhnə bazara təzə nırx qoyur". "Əşşi o üzəngi parıldatmaq istəyir…" - deyib ortalığa kötük yumalıyanlar da olurdu. Əksəriyyət isə direktorun tərəfindəydi.

…Sovxoz başçılarının qaldırdığı məsələ rayonda təqdirlə qarşılandı. Kənddə ilk dəfə olaraq heyvandarlıq təsərrüfatı yaratmaq üçün tədbirlər müəyyənləşdirildi. Bir məsələnin həlli düyünə düşdü. Bu gün-sabah gətiriləcək iki yüz baş cins düyə üçün yeni binanın tikintisi. Vəsait istənilən qədər, layihə-smeta  sənədləri hazır. Di gəl ki, inşaat təşkilatlarının heç biri irəli durub bu işi boynuna götürmür. - "Plana saldırın", "Yuxarıdan razılıq olmalıdır", "Nə bilim gücümüz çatmır", "Qalsın gələn ilə baxarıq"… -Subyektiv səbəblər, yerli-yersiz bəhanələr.

Direktor bu vacib işdən ötrü harda işıq ucu gələn yer var, ora əl atdı. Bir dəfə də bu barədə Həmidullaya giley-güzar etdi:

- Yaxşı deyiblər ki, çıraq öz dibinə işıq salmaz. Həmyənin inşaatçılarına nə gəlib. Ancaq kənddən uzaq düşüblər, başqalarının divarını ucaldırlar. Xatirinə dəyməsin, elə biri də sənin qardaşın Cabbar. O cür inşaatçılarımız dura-dura niyə mən dağa-daşa düşüm?!

 

* * *

  Möhüb Mədətovun başı tikinti məsələsinə qarışmışdı. Elə o gün də bu məsələdən ötrü rayon mərkəzinə getmişdi. Və Həmidullagilə gəlməyə macal tapa bilməmişdi. Bunu Həmidullanın özü də bilirdi. Elə ona görə də pərt idi. Direktorun giley-güzarından sonra Cabbarla kəlmə də kəsmək istəmirdi.

Direktor kabinetində oturub fikrə getmişdi. Hərdən telefonun dəstəyini qaldırıb tikintidən ötrü ora-bura zəng vururdu. Ancaq bir mətləb hasil olmurdu. İş tərsə düşmüşdü. Direktor hövsələdən çıxmışdı. Elə bu dəm kabinetin qapısı açıldı. İçəri bir dəstə gənc inşaatçı daxil oldu. Hamısı da Həmyəli. Başda da Cabbar Eyvazov. Möhüb Mədətov onların gəlişinin səbəbini biləndə ürəyi dağa döndü. Elə bil ona dünyanı bağışladılar. Kənddə pərvazlanan cavan inşaatçılar elinə, obasına qayıtmışdı…

Sovxozda inşaat dəstəsi yaradıldı. Axar-baxarlı yerdə bünövrə daşı qoyuldu. Başqa tikinti-quraşdırma idarələrinin iki ilə başa gətirdiyi işi, sovxozun inşaatçıları yeddi aya tamamladı. Özü də müasir tələblər səviyyəsində. Həm də yüksək keyfiyyətlə.

Ortalığa başqa bir çətinlik də çıxdı. Fermaya işçi cəlb olunanda bəziləri: - Tövlə hara, mən hara - mülahizəsi ilə yaxasını kənara çəkdi. Onda ilk ərizəni Bircə verdi. Direktorun qız nəvəsi. Otuzundan biri. Neçəsi də ona qoşuldu. Bircə beş oldu, on oldu. Zərbəçi dəstədə yürüş başladı. İnamla, həvəslə. Sovxoz ilk dəfə olaraq süd istehsal etdi. Özü də planda nəzərdə tutulmuş qırx ton əvəzinə səksən ton. Bəs bu il? Direktorun çöhrəsinə xoş təbəssüm yayıldı: - Deyim, ancaq o cür yazmayın, - dedi. - Bu bizim daxili sirrimizdir. Planımız iki yüz tondur, öhdəlik üç yüz ton. Sonradan gücümüzü, qüvvəmizi nəzərə alıb, imkanları ölçüb-biçib belə qərara gəlmişik ki, bu il dinməz-söyləməz dörd yüz ton süd götürə bilərik. Düzü, hələlik rayona bildirməmişik. Amma tay buna şəkk ola bilməz. Sözümüz qətidir.

Biz də bu sirri açıb-ağartmayaq, qoy örtülü qalsın. Ancaq Rozanın, Bircənin, Səlimənin, Zərifənin əmək uğurlarının sirrini açmağa dəyər. Zirəklik, inam, həvəs, dərin məsuliyyət hissi. Bir də əmək cəbhəsinin qabaqcılı olmaq amalı, verilən vədi yerinə yetirmək əzmi. Onların şöhrət, hörmət, ləyaqət, çeşməsi. Hər inəkdən, üç min kiloqram sağıblar, dörd minə söz veriblər. Bu durna qatarına qoşulmaq üçün çoxları can atır. Hələlik sağıcı yeri yoxdur. Buna görə də bəziləri inciyib, küsür. Ancaq nahaq yerə. Onlar da arzularına tezliklə çatacaqdır. Buna özümüz də şahidik. Ferma şəhərciyi genişnir, burada yeni-yeni bünövrələr qoyulur, binalar ucaldılır. İnəklərin sayı artırılır. Axı, sovxoz süd istehsalını min tona çatdırmağı qarşıya məqsəd qoyub. Bu hesabla hələ neçə sağıcı gərəkdir.

Günəş nur saçanda bu yerlərin təbiəti adamı heyrətə gətirir. Mavi Xəzərin ağ qırçınları, yaşıl çəmənlərə səpələnən rəngbərəng çiçəklər, cərgələri üfüqə qovuşan üzüm plantasiyaları… becərməaqreqatları, şum traktorları dörd bir tərəfə cövlan edir. Məxmər zəmilərə gübrə səpilir. Yoncalıqlara su verilir. Silos, senaj üçün qurğular hazırlanır. Ferma işçiləri sağımı qurtarıb, inəkləri yerbəyer edib, istirahət guşəsində dincəldikdən sonra əllərinə bel alıb, nikbin əhval-ruhiyyə ilə tövlələrin ətrafında cərgə ilə salınan çinar ağaclarını becərir, asfalt səkiləri təmizləyir, qönçələməkdə olan qızılgüllərin nazını çəkirlər. Bəli, gözəl aprel səhərində bağbanlar da heyvandarlara, inşaatçılara köməyə gəlib. Cabbar bünövrəsi qoyulacaq binanın layi-həsi barədə direktora həvəslə məlumat verirdi. Qardaşı Həmidulla indi onu fəxrlə dinləyirdi. Doğmaların mehriban baxışları rastlaşdıqca ürəklərində ürəkdən gülürdülər…

 

1990-cı il

Dəvəçi



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com