www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

ATA RUHUNA EHTİRAMLA

Əli müəllim elə qələm sahiblərindəndir ki, onun həm müxtəlif səpkili pub-lisistik yazıları, həm də bədii əsərləri həmişə geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır. Çünki yazıçı-publisistin ömür yolu daim həyatın qaynarlığında, sadə insanlar arasında keçib. Нər gün müxtəlif taleli insanlarla təmasda olması, onların sevinci, kədəri bir qələm sahibi kimi Əli İldırımoğlunu yeni əsərlər yazmağa sövq edib. Elə buna görə də onun “Mayaklar”, “Yazım, yazmayım”, “Dərd”, “Çinarlı, “Telepat”, “Silinməz izlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər” və digər əsərlə-rində, belə demək mümkünsə, oxuyub-eşitdikləri uydurma macəralar deyil, əsl həyat həqiqətləri əksini tapıb.

Əli müəllim hazırda ömrünün müdriklik çağlarını yaşayır, son illər daha sanballı əsərlərin üzərində işləyir. Bu günlərdə “Gənclik” nəşriyyatı tərəfin-dən işıq üzü görən “Mənim rəncbər atam” xatirə-romanı fikrimizə yaxşı sübutdur. Uzun illər ata məhəbbətini qəlbində dastana çevirən Əli İldırımoğlu romanı sanki birnəfəsə qələmə alıb. Romanın hər bir səhifəsi yaddaqalan ştrixlərlə, kövrək duyğularla zəngindir.

İnamla deyə bilərik ki, Əli müəllim bir oğul kimi yeni romanı ilə müqəd-dəs ruhu qarşısında baş əydiyi atasına layiqli heykəl qoya bilmişdir. Onu da əlavə edək ki, Əli İldırımoğlu bu kitabla özünün 75 illik yubileyinə və sevimli oxucularına layiqli töhfə bəxş etmişdir.

Həm 75 illik yubileyi, həm də yeni əsəri münasibətilə Əli müəllimi təbrik edir, ona yeni uğurlar, cansağlığı arzulayırıq!
Hörmətlə,

Enes Cansevər
“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru
16–18 noyabr 2002-ci il


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com