www.aliildirimoglu.az

Esse dili və ya xırman sovruğa gələn vaxt

Bu gün bəzi mətbuat səhifələrində nə qədər sönük, dayaz, mənasız, heç kəsə lazım olmayan şeirlər, hekayələr və başqa yazılar çap olunur.  Nəyə lazımdır, kimə lazımdır belə yazılar?! Bununla yanaşı, mətbuatda, eləcə də internet səhifələrində, həqiqətən də, oxumağa dəyən, insanın bədii düşüncəsini zənginləşdirən, hər hansı bir məqsədə xidmət edən yazılarla rastlaşanda sevinirsən. Sevinirsən, ona görəki bu, artıq nadir hala çevrilən əsərlərlə ən azından, bədii-zövqünü, ruhi ehtiyacını ovundura bilərsən…

Bu günlərdə oxuduğum bir yazı və ondan aldığım mənəvi zövq məni uzun müddət özünə cəlb etdi və nədənsə həmin əsərə öz subyektiv münasibətimi bildirmək niyyətimi heç cür ürəyimdə saxlaya bilmədim. Bu əsər sözə, dilimizə, qələminə, ən ümdə oxuculara hörmət edən tanınmış yazıçı Əli İldırımoğlunun “525-ci qəzet”in 21 iyul 2012-ci il nömrəsində çap olunmuş “Şanapipik” adlı essesidir. Yazı məni çox ofsunladı. Bəri başdan deyim ki, Əli müəllimin əsərlərinə bələdəm və bir dilçi kimi onun bədii mətnlərindən dil faktı kimi çox istifadə edirəm. Artıq, istər-istəməz, Əli İldırımoğlunun dilinin bir tədqiqatçısına çevrilməkdəyəm.

“Şanapipik” esse janrında yazılıb. Essenin özünəməxsus dil xüsusiyyətləri mövcuddur. Essenin xüsusi tip mətnləri olur, onlar bütöv kommunikativlik (ünsiyyətlik) yaradır. Essenin bir janr kimi üstünlüyü xüsusi struktura və intonasiyaya malik olmasındadır. Müəllif bu janrda niyyət və məqsədini aydın şəkildə ifadə edə bilər. Mətnlərin açılmasında və inkişaf etdirilməsində arqument əsaslı rol oynayır, informasiya obyektiv və subyektiv cəhətləri ilə seçilir.

“Esse” sözü latın mənşəli termindir, ilkin mənası nüfuz, hörmət, etibardır. Termin sonrakı inkişafında təcrübə, səriştə, sınaq kimi mənalar da kəsb edir. İlkin təcrübə, yazıçının nüfuzu, həyat təcrübəsi kimi də izah etmək olar. Essedə insan məişətinin konturları, əxlaqi, mənəvi və psixoloji problemləri öz əksini tapır. Beləliklə, esse uzun müddət etimoloji cəhətdən dəyişmiş, formalaşmış bir janra çevrilib. Yeni janrın Azərbaycan ədəbiyyatında da meydana gəlməsi təsadüfi deyil. Bu janr Azərbaycan ədəbi ənənələrini aramla davam etdirdi, fəlsəfi-estetik dünyabaxışları, insanın özünəməxsus, fərdi təbəddulatlarını, sosial mənzərələri, qlobal problemləri və s. əks etdirdi.

Dünya ədəbiyyatında, o cümlədən Fransa ədəbiyyatında XVI-XVIII yüzilliklərdə M.Monten, B.Paskal, J.Labruyer, Ş.Monteskyö, L.Vovenarq, sonrakı dövrlərdə Ş.Sent-Bev, J.Lemetr, J.Midle, A.Kamyu, A.Morua, J.P.Sartr, E.Moren, M.Blanşo və başqa esseçilər fəaliyyət göstəriblər. Onlar ilkin dövrlərdə antik ritorika normalarının tələblərinə uyğun hərəkət edir, esseləri lakonikliyinə, kommunikativ aydınlığına görə fərqlənirdi. Mürəkkəb fikirlər, təfərrüatına qədər düşünülmüş mülahizələr, sistemləşmiş şəkildə təqdim olunurdu. Mürəkkəb sosial hadisələr esselərin əsas mövzusu idi. Parodoksal münasibətlər essenin xüsusiyyətlərindən biri kimi qeyd olunur. Dil normaları bütöv şəkildə essedə qoyulan məqsədə tabe etdirilirdi. Məntiqi fikirlər ifadə olunur, mətnlər minimal həddə çatdırılırdı. Qiymətləndirmə açıq, intensiv xarakter daşıyırdı.

Essenin başqa bir xüsusiyyəti mətnin arqument xarakterini açmaq və inkişaf etdirməkdir. Bu zaman mətnin əsas məna yükü üzə çıxır. Əli İldırımoğlunun “Şanapipiy”i də Qarabağ hadisələrinin 20 ildən çox davamı və əldə olunmamış nəticəsi faktını əsaslandırır, tutarlı siyasi-bədii dəlillərlə sübut edir. Əsaslandırma prosesində yazıçı müxtəlif dildaxili və dildənkənar vasitələrdən bacarıqla istifadə edir. Bu zaman müəyyən stereotiplər meydana çıxır.

Essenin digər bir əlaməti informasiyaların təqdimində obyektiv və subyektiv vasitələrdən istifadədir. Əsas kommunikativ-praqmatik məna fərdi qiymətləndirmə, faktik mahiyyət və s. ilə əlaqədardır.

Ə.İldırımoğlu essedə qoyulan tələblərə güclü riayət edən yazıçılardandır. O, bu kiçik essedə ekspressiv sintaksisin əksər təzahür formalarından – ellipsisdən, təkrardan, qradasiyadan, inversiyadan, paralel konstruksiyalardan, ritorik suallardan ustalıqla istifadə edib. Bunlar ekspressiv sintaksisin fiqurlarıdır, üslubi vasitələrdir. Qradasiya mətnə praqmatik effekt verib, emosionallıq yüksəlmiş mətnin ekspressiv-emosional atmosferi artıb. “Müəllif-oxucu” əlaqəsi həssaslıqla gözlənilib. Ünvan aktivləşib, nitqin ritmik tonu yüksəlib, ekspressiv sintaktik vasitələri əyani şəkildə, aşkar-aydın inandırıcı surətdə, konkret olaraq funksionallaşıb.

Sözügedən essedə aşılanan fikrin dəyərini sözlə ifadə etmək çətindir. Düşünürsən, düşündükcə xəyal məni o yerlərə aprır. O yerlər ki, Əli müəllimin el- obasına – Əliquluuşağı kəndinə lap yaxındır. Zirvəsi qarlı Ziyarət dağlarından baxanda o yerlər əl içi kimi görünür, bir yanı Bərgüşad çayının yuxarılarına doğru, bir yanı Araz sahilləri. İndi bu yerlər ilan mələyən səhralara dönüb, erməni vəhşiliklərinin əsirinə çevrilib…

Düşünürəm, görəsən Əli İldırımoğlunun qələmindən çıxan, özünəməxsus kodlarla şifrələnmiş bu essenin sirrini, əsas məğzini indi Qarabağ problemi haqqında saatlarla moizələr söyləyib, özlərini siyasətçi adlandıranlar oxuyub başa düşə biləcəklərmi?!

Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon ermənilərin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Səngərdən isə hər gün şəhid xəbərlərinin gəlməsi adi hala çevrilib.

“Kənd! Bir vaxtlar uşaq xəyalımda kənd haqqında nə isə yazmaq istəyirdim. Zaman və şərait məni kənddən uzaq salmışdı. Mənə qalan xəyallarımda canlandırdığım və hələ də yazıya ala bilmədiyim o bulanıq xatirələr idi”. “Şanapipiy”in elə ilk sətirlərində yazıçı uşaqlıq illərini elə təsvir edir ki, bir əsrə bərabər ömür sürsə də bu xatirələr hələ də onun yaddaşında təravətlidir və bir film kimi canlanır. Bu sətirlər məni də uşaqlığıma apardı. Halbuki, hələ gəncəm, uşaqlığımı məndən elə də uzun illər ayırmır. Görəsən, doğurdanmı, yaşa dolduqca, qocaman illəri geridə qoyduqca, uşaqlıq xatirələrinin üzərindən o gənclik buludları çəkilir, uşaqlıq yaddaşı açıq səma kimi daha da aydınlaşır?…

Əli müəllim hadisələri özünəməxsus ifadə ilə təsvir edir. Təəssüf ki, bu cür ifadələr dilimizə yavaş-yavaş yadlaşmaqdadır: “Necə deyərlər, Araz aşığından, Kür topuğundan. Ortada yeyib qıraqda gəzirəm”; “Qayışımın altını bərkidəndən sonra…”.
Bunlarla yanaşı yazıçı uşaqlığını təsvir etməklə, o vaxtın kənd həyatının da əhatəli-bədii portretini yaradır, kənd həyatının gözəl, qayğısız, mənalı, zəhmətkeş, halal həyat olduğuna oxucunu inandırır. “Səhərdən axşamacan  əlləşib-vuruşub nə zillətlə ruzi qazanan kənd adamları buğda, arpa, pərinc, darı zəmiləri ilə əhatə olunmuş keçə alaçıqlarda şirin yuxuya gedirlər. Ətrafda vurnuxan ac canavarların hənirtisini alan ayıq-sayıq itlərin ağız-ağıza verib  hürməsindən, mal-qaranın sakit-sakit kövşək  vurmasından, bəzən də qoyun-keçilərin kəllə-kəlləyə gəlib buynuzlaşmasından başqa heç nə eşidilmir. Mənsə  arxası  üstə uzanıb uşaq heyranlığı ilə  mavi səmanın ənginliklərini seyr edib, bədirlənmiş aya, saysız-hesabsız ulduzlara baxa-baxa yuxuya gedirəm.”

Yazıçı bütün bu hadisələri açar bir ifadə ilə – “xırman sovruğa gələn vaxt” ifadəsi ilə çözələyir və lazım olanda da bağlamağı bacarır. Bu, ifadə kənd camaatının zaman ölçüsüdür. Günortadan sonra həzin bir meh başlayır, bu zaman buğdanı, arpanı, darını və s. sovruğa vermək məqamı çatır. Bu zaman sakit-sakit əsən külək taxılı-buğdanı, arpanı küləşdən, qılçıqdan təmizləyir; taxıl naxışlı çuvallara, kisələrə yığılır, anbarlara, tədarük məntəqələrinə yollanır… Necə ki, təbiət də səhər çağı sakir-sakit bir mehlə açılır və eyni mehlə axşamı gətirir, gecəni yaxınlaşdırır. Yazıçı esseni Allahın tarazladığı, düzüb-qurduğu bir günün əsasında inkişaf etdirir, dərin mənalı təəssürat yaradır. Uzun illər bundan qabaq yaşanmış halalca ata-baba torpağında, qayğısız bir gün ilə, indiki adi bir gün arasında məntiqi bağlar tapır, o da, xırman sovruğa gələn vaxtdır.

Yazıçı ömrü boyu bir söz, bir ifadə yarada bilirsə, yaxud el-oba boxçasından bədii dilə gətirirsə, bu onun ədəbiyyat qarşısında mühüm xidmətlərindəndir. Əli müəllim, belə gözəl, xoşməramlı ifadələri xalqdan əmanət alaraq ədəbiyyatımıza gətirir, yaşadır, dilimizə qazandırır, onu yenidən həyata gətirir.

Yazıçı bu gününə şükr etsə də, eyni zamanda onu namərdcəsinə yaxalayan təklik, tənhalıq, gərəksizləşmək sıxıntısından şikayət edir. Onu buna daha çox vadar edən düşmən əsirliyində olan, inim-inim inləyən halal ata-baba torpağıdır. Onun şikayəti bu dünyanın, zamanın tərsinə fırlanan çarxındandır, ədalətsizliyindəndir, dünyanın zalımların idarəsində olmasındandır, siyasət deyilən çirkin oyunlardandır.

Baxın görün o, bu şikayətini kimə edir, dərdini kiminlə bölüşür, dilsiz-ağızsız bir quşcuğaz – Şanapipiklə. Bu quş yazıçı üçün adi quş yox, Süleyman peyğəmbərin elçisi, əsir torpaqlarda uyuyan doğmalarının ruhudur…

Ümumiyyətlə, essenin əsasını qarşılaşdırmalar təşkil edir. Əliquluuşağı kəndinin, Bərgüşad çayının keçmişi və əsirlikdə olan anları təsvir edilməklə qarşılaşdırılır, müqayisə edilir. Yazıçıya bu işdə Şanapipik kömək olur. Çünki o, Şanapipiyin qanadlarında bu yerlərə səyahət edir: “Meşələrlə və kol-kosla örtülmüş dağların, bozumtul, çopur qayaların arasında çırpınan Bərgüşad çayına baxdım. Bir vaxt Bərgüşadın hələ bəstələnməmiş həzin nəğməsini dinləməkdən zövq alırdım, incə qəlbim ehtizaza gəlirdi. İndi Bərgüşadın səsi başqalaşmışdı. Çay, ətrafdakı viranəliklərə, doğma insanların hənirtisinə həsrət qalan, vəhşiləşən çöllərə, çəmənlərə, gen dərələrə, yastı təpələrə yas tutub yanıqlı-yanıqlı ağı deyirdi. Bərgüşad bir vaxt dərinliklərinə baş vurduğum, duruluğunda durulduğum, xoşhal olduğum, dinclik, rahatlıq tapdığım çay deyildi. Suyu da xeyli-xeyli azalmışdı, dayazlaşmışdı, yazıqlaşmışdı Bərgüşad?!”

Yazıçı mənəvi-psixoloji narahatlıq keçirir. Yağı düşmən cənnət məkanlarımıza necə divan tutubsa, onu sağaltmaq müşkül məsələdir. Bərgüşad da, digər əsirlikdə qalan çaylarımız da çaylıq simasını itirib. Bütövlükdə erməni fitnəkarlarının və onların havadarlarının səyi nəticəsində çaylarımız da, göllərimiz də, çeşmələrimiz də, bulaqlarımız da və s. ekoloji tarazlığını itirib, batıb məhv olub, bulaqlarımızın gözü tutulub. Bundan da ağır dərd, sağalmaz yara o müqəddəs, dilbər guşələrin sahibsiz qalmasıdır. İnsanla təbiət arasındakı pozulmuş harmoniya, ziddiyyət! Yazıçı xəyallarında bir anlıq da olsa, bu dərdə bir məlhəm tapır. Bərgüşadı bu dərddən illərdir davam edən nəticəsiz danışıqlar, siyasi oyunlar deyil yazçının bir damla göz yaşı xilas edir: “Sahildəki qara daşın üstünə çıxıb çaya göz yaşı axıtdım. Çay  ağlayanını, axtaranını tapıbmış kimi dirçəldi, çalxalandı, qıvrıldı, ilıq dalğaları əl-ayağımı yaladı, şahə qalxıb yanaqlarımda  gilələnən göz yaşımı yudu.” Axı doğmasını, istəyənini, sevənini, pasibanını tapmışdı…

Yazıçı essedə mühüm məsələləri xalqa məxsus dillə təsvir edir, tənqidi incə eyhamlarla naxışlayır. “Bütövü kəsmə, paraya dəymə, doğra doyunca ye”; “atı torbalı döyüşdürürdülər”; “atəşkəsi pozmayın, müharibə söz-söhbətini də qatlayın qoyun qəzil palazın altına”; “bu bayağı sözləri eşidəndə bişmiş toyuğun şaqqanaq çəkib gülməyi gəlir”; “dəli Nəzərəm, belə gəzərəm”; “Bəhtər kişi sinəsini irəli verib əlində dəyənək əvvəlcə  əsas təqsirkarın  eninə-boyuna ölçürdü”; “sözünün kəsəri olmayan kişi də başına papaq qoymaqdansa, allıca-güllücə ləçək bağlasa yaxşıdır”  kimi xalq dilindən törəmiş ifadə tərzi, yazıçının qələmindən tökülən bu sətirlərin həqiqətdə xalqın ürəyindən xəbər verdiyini bir daha sübut edir.

Yazıçı hər fürsətdə kənd dilində danışır, kəndlilərimiz demişkən, yas düşəndə hərə öz dərdinə ağlayır. O gözəl quş da – Şanapipik də iyirmi ildən çoxdur ağlamalı günlərə qalıb.

Yazıçı essedə çox maraqlı süjet qurub. Bu süjetin içində Əliquluuşağı kəndinin o vaxtkı həyatı, təsərrüfatı canlanır. Yazıçının öz dili ilə dediyi kimi onun uşaqlıq illəridə bu təsərrüfatın içində keçib, “Araz aşığından, Kür topuğundan. Ortada yeyib qıraqda gəzirdim”. Bütöv bir mətndə kənd həyatı dinamik inkişafda verilir. Oxucu hadisələrin inkişaf xəttini dərk edir və onun iştirakçısına çevrilir. Bu, başlanğıcdır. Yeni bir mətn başlanır. Xırman sovruğa gələn vaxt yazıçının Şüvəlandakı bağ evi təsvir obyektinə çevrilir. Doğma kənddən Şüvəlana keçid essedə qaldırılan ən mühüm problemin əlaqəsi, birləşdirilməsi və müəyyən plana müvafiq şəkildə inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Essenin mərkəzi xətti, hadisələrin məhvəri özünün və qələminin artıq yoruldugu bir anda xəyal onu yenə xırmanlara, alabəzək velosipedinin, bir də geri dönməyən uşaqlıq günlərinin şirin ovqatına aparıb çıxarır. Təklikdən, tənhalıqdan, daha heç kəsə lazım olmamaqdan şikayət motivləri bu mətnin leytmotivini təşkil edir. Bu, daha çox torpaqsızlıqdan, vətənsizlikdən, əsrlikdə qalmış elsizlikdən, obasızlıqdan şikayətdir. Təsadüfi deyil ki, Şanapipiyin gəlişi bu ağrıların sızıltısını yendən şiddətləndirdi.

Bu zaman essenin üçüncü mətni başlayır. Şanapipik mətni. Artıq süjet yüksəlir. Şanapipik ədibin səksən beş illiyini təbrikə gəlib.Şanapipiklə birgə sanki bütün el-oba bu yubileyi təbrikə gəlir. Bu Şanapipik adi bir quş deyil, Süleyman peyğəmbərin elçisidir, əsirtorpaqlarda uyuyan doğmalarının ruhudur… Xırman sovruğa gələn bu anlarda bütün diqqət Şanapipiyə yönəlir. Sanki o, dəyişir,insanlaşır, bütöv bir simvola çevrilir.

Hörmətli yazıçı bəlkə özü də bilmədən “Şanapipik” adlı bir bədii mətn yaratmaqla bu gözəl, məzmunlu, dəyərli mətni “xırmansovruğa gələn vaxt” sintaktik təkrarla qapamışdır. Qapalılıq, bağlılıq yazıçıların qurduğu mətnlərin ən başlıca xüsusiyyətidir. Onunfikrini bu mənalı ifadə oxucuya birbaşa çatdırır. Qarşılaşdırdığı qruplar – özü və şanapipik hadisələrin düz xəttini pozur, vəziyyətgah gərginləşir, gah mürəkkəbləşir, gah da zəifləyir, lakin süjet xətti durmadan inkişaf edir.

Hadisələrin bu formada yüksəlişindən aydın olur ki, “Şanapipiy”in süjeti ədibin dərin məntiqi düşüncələrinin nəticəsi kimi özünügöstərir. Bu o deməkdir ki, süjetin nə dərəcədə mükəmməl alınması hadisələrin yazıçının necə inkişaf etdirməyindən asılıvəziyyətə düşür.

“Şanapipiyin şahlara məxsus tacı birdən daraqlandı. Alabəzək qanadları açıldı. Havaya qalxıb ağacların arasında dövrə vurdu. Biranlığa görünməz oldu. Hara isə uçub getdi. Lakin məni tək-tənha qoymaq istəmirmiş kimi peşman-peşman geri döndü, əvvəlkiyerində sakitcə dayanıb mənalı-mənalı üzümə baxdı, mütəəsir görkəm aldı. Bu ecazkar quş bütün diqqətimi özünə cəlb etdi. Quşqiyafəsinə bürünmüş şüurlu məxluq kimi nə isə düşünür və məni düşündürürdü…”

Əli müəllim, siz bədii hadisəni siyasi və xüsusən də bugün gündəmdə olan ən vacib məsələlərlə bağlamağı, əlaqələndirməyi necədə ustalıqla bacarmısınız. Yenə kəndə qayıdırsınız. 20 il bundan əvvəlki kənd hara, indiki kənd hara! “Kəndimizin səmasında cövlanedən Şanapipiyin alabəzək qanadlarından hara baxırdımsa mənhus mənzərə ilə üzləşirdim. Yolları ot basıb, cığırlar itib-batıb,haylı-küylü Əliquluuşağı daha kənd yox, min illərlə insan ayağı dəyməyən vəhşi cəngəllikləri xatırladır. Bulaqların çoxu quruyub,məhv olub. Mer-meyvəsi tükənmək bilməyən bağ-bağatı quru səhraya çevrilib”. Bu məqamda kəndimizin Qırmızı Anbar deyilənyerinin ətrafında bulaqların quruması yadıma düşür. Nənəm deyərdi ki, bir vaxtlar o yerlərdə Kamılxan bulağı, Kor bulaq, Qızılbulaq, Abaslı bulağı və s. insana həyat verirdi, sonradan hələ sovet dövründə baxımsızlıqdan qurudular…

Şanapipik yazıçının son nəticəsinin adıdır, adaşıdır, Şanapipik Süleyman peyğəmbərin elçisidir, əsir torpaqlarda uyuyandoğmalarımızın ruhudur. Şanapipik yazıçıya pasibandır.

Didərgin həyatı son iyirmi ilin sosial bəlalarındandır. Bu həyatı təkcə insanlar yaşamadı. Kəndlərimizdə, obalarımızda,meşələrimizdə ömür sürən canlı-cansız hər şeyimiz didərgin düşdülər – Əli müəllimin obrazı Şanapipik də. Özü də bu şanapipikxırman sovruğa gələn, meh qalxan anlarda yuvasından perik düşdü… Şanapipik də didərgin insanlar kimi Bakı bağlarına, Bakıkəndlərinə, Şüvəlana gəldi, yazıçının pəncərəsində özünə yuva qurdu və onun hekayəsinin qəhrəmanına çevrildi: “Həminqanlı-qadalı günlərdən nə az-nə çox – iyirmi ildən artıq vaxt keçir. Xırman sovruğa gələn, meh qalxan anlarda yuvasından didərgindüşmüş Şanapipiyin sorağını alıb uzun-uzun yol qət edib dağları, dərələri aşıb Şüvəlandakı bağ evimdə məni tapanda, onun necəsevindiyini təsəvvür etmək çətindir. Kəndimizin qanadlı sakinini görəndə məni təhdid edən ahıllıq, tənhalıq, gərəksizləşməkəzabından xilas oldum.”

Əli müəllim simvoldan çox yerində istifadə edib. Şanapipik hekayədə təkcə adi quş deyil, əsir torpaqlarda uyuyanların ruhu kimitəqdim olunur. Şanapipik Əliquluuşağına tərəf üz tutub qanad açdı ki, oradakı narahat ruhlara qovuşsun, ahıl qələm əhlininəzvayışını el-obamın yoxluğuna keşik çəkən əsir dağlarımıza əyan etsin?!

Yazı masası! İllər boyu yazıçının köməyinə gələn, onun əzablı-sevincli günlərinin şahidi olan və indi niskilli görünən obraz. Yazıçıyazı masası ilə həmdərd olur, nə qədər dərdli-qəmli, yorğun olduğunu oxucuya belə çatdırır: “Əsrə yaxın həmdərd, həmsöhbətolduğum yazı masam da üzərində bir daha qalın-qalın əsərlərin sətirlənməyəcəyini, qələmimin yorulub yorğun düşdüyünü, ağkağızların qara mürəkkəblə naxışlanmayacağını duyubmuş kimi məlul-müşkül görünürdü.” O, bununla cansız, hissiz yazımasasını özünə bənzətməklə, ona can verir.

Essedə söyləmlər çox ustalıqla əlaqələndirilib. Essenin söyləmlərində, sözün həqiqi mənasında, məntiqi-semantik qapalılıq,mətnin ümumi intonasiyası ilə yaranan əlaqə aydın və güclüdür. Mənə elə gəlir ki, mətnin içərisində tez-tez dolaşan, fırlanan“xırman sovruğa gələn vaxt” yeni-yeni məlumatları oxucuya çatdırır. Fikir həmin ifadənin ətrafında dolaşır. Düşüncələr dərinləşdikcəbu ifadənin bədii yükü mənə görə artır. Əsas fikir iyirmi ildən çox xalqın başına açılan oyunların davam etməsi və hələ də düyünədüşmüş bu müşkül məsələnin həllinin baş tutmamasıdır. “İyirmi ildən çoxdu Qafqazın müharibə şəraitində yaşayan iki qonşurespublikası arasında yol ölçən, dedikləri məntiqsiz, mənasız sözlər havadan asılı qalan və nəhayət Xəzərin küləklərinə qərq olanüç diplomat yenə də ədalətli, vicdanlı, xeyirxah münsif olmaq yox, təmsil etdikləri dövlətlərin pərdəarxası siyasətçilərinə xidmətedən tərzdə danışırdılar.” Həm diplomatların, həm də dövlət başçılarının yol göstərən fikirləri qarşısında müdrik el ifadəsi (bütövükəsmə, paraya dəymə, doğra doyunca ye) necə də yerinə düşüb.

Bəli, indi də davam edən bu cür ikibaşlı danışıqlar essenin güclü tənqid hədəfinə çevrilir. Bəli, bu gün Sərkisyanlar “forpostu”olduqları ölkələrə arxalanaraq, dəli Nəzərəm, belə gəzərəm ideyası ilə hərəkət edirlər. Ekranlarda, efirlərdə çeynənmiş, dəfələrlətəkrarlanan fikirlər artıq xalqı bezdirib. Daha didərgin qalmadı, ölən öldü, qalanlar da heç Qarabağı görməyən uşaq vəyeniyetmələrdir. Sözünün kəsəri olmayan bu işgörənlərin “işdəkləri” havaxta qədər davam edəcək?!

Bu da bir final, Əli müəllim. Hekayəti də xırman sovruğa gələn vaxt tamamladınız. Bununla Siz hadisələri məntiqi bir sonluğaçatdırdınız.

Əli müəllim, bu kiçik essedə də xalqın zəkasını yazıya gətirməyiniz alqışa layiqdir: “Sona qarı həmişə deyirdi ki, quşlaradəyib-dolaşmayın, yuva dağıtmaq günahdır. Allahın acığı tutar. Onu da göydəki gözəgörünməz yaradıb. Onu – Sonanı – əl tutmaqƏlidən qalıb – mülahizəsi ilə dolandırırdılar”.

“Əliboş qonaqdan qurumsu iyi gələr”, – deyiblər. Əli müəllim, “qurumsu” sözünü başa düşmədim. Hər halda deyilibsə, deməkyerində işlədib, babalarımız.

Essedə bir sıra epizodik personajlar da iştirak edir. Sona qarı, Bəhtər kişi. Onlar Əliquluuşağı kəndinin qədim-qayım sakinləriolmuşlar. Sona qarı hardansa bu yerlərə gəlib çıxmış kimsəsiz bir adamdır. O, Şanapipiklə dostluq edir, Şanapipik də Sona qarıyasığınıb ömür-gün sürürdülər.

Bəhtər kişi də Əliquluuşağında xeyirxah işlə məşğul idi. Kənddə dava-dalaş düşəndə bu kişi onları ayırar, tənə vurur, töhmət edər,qanı yatızdırar, sülh yaradardı. Doğru buyurursunuz, hörmətli yazıçı bu ATƏT nümayəndələri heç Bəhtər kişi də ola bilmədilər.Bəli, üç həmsədrin Bəhtər kişi qədər insafı, mürvəti, hünəri, təpəri yoxdur. “Sözünün kəsəri olmayan kişi də başına papaqqoymaqdansa, allıca-güllücə ləçək bağlasa yaxşıdır”.

Mətn sintaksisi baxımından yanaşsaq, “Şanapipik” essesinin – bu dərin məzmunlu mətnin qurulmasının başlıca səbəbi hər birsöyləmin tema və remaya ayrılmasıdır. Buradakı fikri, ən başlıcası isə mətni istiqamətləndirən mühüm vasitə temadır. Mətniirəlidən, yeni fikir ifadə edərək genişləndirən, dərinləşdirən vasitə isə remadır.

Esselərdə bədii zaman və bədii məkan diqqəti xüsusilə cəlb edir. Ümumiyyətlə, zamanın çoxaspektli təbiəti mövcuddur. Zamanınməkan və hərəkət anlayışları ilə bərabər, idrak nəzəriyyəsinin də ən mühüm kateqoriyalarından biri olmasından, digər tərəfdən,zamanın öyrənilməsinin insanın gerçəklik haqqındakı ən əsas təsəvvürləri ilə, varlığın, həyatın mənasının, bütün insan fəaliyyətininhəm idraki, həm də praktiki cəhətdən araşdırılması ilə birbaşa bağlı olmasından irəli gəlir.

Zaman problemi kəmiyyət, keyfiyyət, modallıq, inkarlıq və s. kateqoriyalar kimi daha genişdir və həm də ekstralinqvistik təbiətəmalikdir. Zaman da dildə inkikas edir, müxtəlif vasitələrlə öz ifadəsini tapır. Zaman bədii dildə xüsusi bir semantik kateqoriyayaradır. Semantik kateqoriya olaraq bədii zaman haqqında bəhs olunan situasiya, şərait, hal, vəziyyət və onların elementlərinindanışanın nitq anına və ya hər hansı digər hesablanma nöqtəsinə görə zamanın, vaxtın insan tərəfindən bədii mühitdəqavranılmasını və dərk edilməsini əks etdirir. Bədii zamanın vahid məzmun planı sistemi esse janrında dolğun ifadəsini tapır və buabsurtdur. Bədii mühitdəki zamanın həllində gerçəklik, təfəkkür və dilin nisbəti, ətraf aləmin dərkində müəyyən həlqələrin birliyifəlsəfi baxışdan irəli gəlir. Bədii zaman və bədii məkan, ümumiyyətlə, mətnin kateqoriyaları sayılır. Əli İldırımoğlunun“Şanapipi”yində Əliquluuşağı kəndi, Bərgüşad çayı bədii məkan obyekti kimi verilir.

Essedə ifadə olunan reallığın ümumi zaman strukturu 20 illik bir vaxtdır. Bu mənada zaman bədii reallığın da təməlcəhətlərindəndir. Bədii zaman həyat prosesləri ilə əlaqədədir. Reallığın başqa elə bir ekvivalentini tapmaq mümkün deyil ki, bədiizaman qədər insanın ehtiyac və tələbləri ilə həm tarixən, həm də səbəbiyyətlə şərtlənən əlaqəsi olsun.

Bədii zaman ayrıca zaman forması kimi obyektiv, perseptual və fərdi zamanın xassələrini özünəxas formada əks etdirir. Maraqlıdır,digər zaman formaları (məsələn, qrammatik zaman) iyerarxik cəhətdən daha aşağı səviyyədə olduğu üçün bədii zamana tabedir.Bu zaman formaları müqayisə edilsə, belə bir qənaətə gəlmək olar ki, qrammatik zaman daxilində bir hesablanma nöqtəsi vardır vəbütün digər tərz-zaman formaları birbaşa və ya dolayısı ilə ona istiqamətlənir. Bədii zaman sistemi daxilində bir neçə hesablanmanöqtəsi ola bilər. “Şanapipik” essesində bu məntiqi, bədii və estetik cəhətlər bitkindir.

Bədii zaman obyektiv-fəlsəfi zamanın bir növüdür. Esse də 20 ildən çox bir dövrü əhatə edir. Qısa zamanda tez həll olunan birproblemin iyirmi ilə uzadılması və hələ də həll olunmaması Əli müəllimin essesinin əsas ideyasını təşkil edir: “Həmsədrlər dəözlərinə, sözlərinə hörmət edib, daşı ətəklərindən töküb, yürütdükləri ikiüzlü, ikibaşlı siyasətlərinə son qoysalar və diplomatikgedişlərini doğru-dürüst, ədalətli, beynəlxalq qayda-qanunlara uyğun məcraya yönəltsələr, yəqin ki, əsir torpaqların daşı-qayası,qaçqın şəhərçiklərin zavallı sakinləri dilə gəlib dönə-dönə onların yeddi arxadönəninə rəhmət oxuyar, özlərinə də uzun ömürarzulayarlar. İyirmicə günə həll oluna biləsi məsələni iyirmi il uzadıb Yerevanla Bakı arasında yol döyüb yorğun olmazlar”.

Beləliklə, bu essədə bədii zaman konsepsiyası ilk dəfə olaraq mətnə proyeksiya edilən funksional-semantik sahə anlayışınaəsaslanır. Mətndə dil zamanının vəziyyələri bədii zamanın lay və yarımlaylarının münasibətləri vasitəsi ilə ifadə edilir. Bədiizamanın dil zamanını özünə tabe etməsi haqdakı fikirlər də buradan qaynaqlanır. Dil formalarının, o cümlədən zaman formalarınınmətn funksiyası dilin müxtəlif səviyyələrinə (leksik, qrammatik və s.) aid olan vahidlərin potensialını gerçəkləşdirməkdən ibarətdir.Bu isə bədii zamanın dil zamanının konkret özünüifadə vasitəsi kimi çıxış etməsi deməkdir.

Beləliklə, əsərin ən yaxşı cəhətlərdən biri də bədii məkanla bədii zamanın esseçi tərəfindən uyğunlaşdırılması onun ən uğurluaddımlarındandır.

“Şanapipik” essesi qeyd etdiyimiz kimi, əsirlikdə qalan torpaqlarımızın iniltisi, didərgin ruhlarımızın harayı, hər bir azərbaycanlınınqəlb ağrısı, ürək yanğısıdır. Əli müəllimin lirik, kövrək qələmi ilə süslənmiş, xalq dilinin şəhd-şəkərilə ətə-qana dolmuş bu hekayədərdimizin, ələmimizin, bəşəri ağrılarımızın, sanki bədii simvoludur. Deyərdim ki, cild-cild romanların verə bilmədiyi estoriktərbiyəni əks etdirən bu kiçik hekayə, təkcə dərdimizin deyil, öz humanizmi, döyüşkən və nikbin ruhu, canlı ovqatıyla, həm dəümidimizin, cəsarətimizin, gələcək mübarizə və savaşlarımızın tərcümanıdır. Təkcə buna görə, çox sağ olun Əli müəllim!

Cəsarətlə deyərdim ki, Əli İldırımoğlu öz əsərləri ilə azərbaycanlı ruhunun beşiyi başında keşik çəkməyi özünə borc bilib, şərəf hesab edən cəfakeş yazıçılardandır.

Cahid İsmayıloğlu
filologiya üzrə fəlsəfə doktoru
www.cahidismayiloglu.com

Mənbə: 525.az

“525-ci qəzet” 20 sentyabr 2012-ci il; ardı: “525-ci qəzet” 21 sentyabr 2012-ci il.

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com